Almaniya ölkənin anbarlarındakı qazın miqdarından danışıbbackend

Almaniya üçün Alternativ partiyasından Bundestaqın enerji və iqlimin qorunması komitəsinin üzvü Şteffen Kotre bildirib ki, hazırda Almaniyanın qaz anbarları təxminən 90% doludur. Bu barədə “İzvestiya” qəzetinin saytında məlumat verilib.

Onun sözlərinə görə, bu göstərici Rusiya-Ukrayna münaqişəsi başlamazdan əvvəl orta göstəricidən yuxarıdır. Qazın böyük hissəsi Hollandiya, Belçika və Norveç kimi qonşu ölkələrdən gəlir.

“Almaniya istilik kimi əsas xidmətlərin göstərilməsini nəzərə alaraq, qarşıdan gələn qış üçün kifayət qədər qaza sahib olmalıdır” dedi Kotret.

Mənbə: İzvestiya