Almaniya prezidenti Rusiya ilə bağlı mövqeyini tənqid etdiyi üçün özündən çıxıbbackend

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Berlində keçirilən tədbirdə yazıçı Marko Martinin siyasətçini Rusiya Federasiyasına qarşı keçmiş mövqeyinə görə tənqid etməsindən sonra qəzəblənib. Bu barədə “Bild” yazır.

Nəşrin məlumatına görə, Berlin divarının uçmasının 35-ci ildönümü münasibətilə Bellevue sarayında keçirilən ziyafət zamanı yazıçı Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri kimi “Şimal axını-2”nin tikintisi layihəsini dəstəkləyən Ştaynmayeri tənqid edib.

Şahidlərin dediyinə görə, Ştaynmayer “ağır nəfəs alır, çənəsini sıxır, emosiyalarını açıq şəkildə boğurdu”. Martin qeyd edib ki, hadisə davam etdikcə prezident “tamamilə soyuqqanlılığını itirib”.