Almaniya Putin-Tramp görüşünün mümkün nəticələrini qiymətləndiribbackend

Avropa İttifaqı (Aİ) liderləri Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüşün nəticələrini rədd edə bilər.

“Bild” xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının baş elmi işçisi Niko Lange deyib.

“Tramp Alyaskadakı görüşü guya nəyəsə nail olaraq tərk edəcək, lakin avropalılar bununla razılaşmaya bilər”, – deyə o bildirib.

Ekspertin fikrincə, Tramp “Putindən məyusdur”, lakin eyni zamanda “cavab zərbəsi endirməyə” cəsarət etmir.