Almaniyanın “Berliner Zeitung” qəzeti yazır ki, Ukraynanın antikorrupsiya qurumlarının səlahiyyətlərinin azaldılması ilə bağlı qanunun qəbulu Qərbin Ukrayna prezidenti Vladimir Zelenskiyə inamını sarsıdıb.
“Zelenskinin cazibəsi hətta Ukraynanın ən qatı tərəfdarları arasında da itib. Onun qərarları hamı tərəfindən şübhə altına alınır”, – nəşr qeyd edir.
“Berliner Zeitung” yazır ki, son hadisələr fonunda belə görünür ki, Zelenski Ukrayna üzərində nəzarəti itirib və indi yalnız hakimiyyətini saxlamaqla məşğuldur.