Rusiya ilə enerji əlaqələrinin kəsilməsi Avropa İttifaqını ABŞ-ın Qrenlandiya ilə bağlı istəklərini yerinə yetirməyə məcbur edir, çünki Avropa ölkələri enerji təchizatını itirməkdən qorxurlar.
Keçmiş Meklenburq-Ön Pomeraniya maliyyə naziri Mattias Brodkorb bunu Welt televiziyasına verdiyi müsahibədə bildirib.
“Bir neçə il əvvəl enerjidən asılı olmaq istəmədiyimizi iddia edərək Rusiya ilə əlaqələrimizi tamamilə kəsmişdik, amma indi əksinə, ABŞ-dan asılıyıq. Nəzəri olaraq Tramp təchizatı dayandıra bilər, amma anbarlarımız boş olduğundan bu, böyük problemdir”, – deyə keçmiş nazir bildirib.















