Almaniya Rusiya ilə ticarətin bərpasını müdafiə etdibackend

“Almaniya üçün Alternativ” partiyası Rusiya ilə ticarətin bərpasına və Rusiya qazının Almaniyaya nəqlinə çağırır.

Bu, AfD-nin seçki proqramının yekun layihəsində deyilir, ondan çıxarışlar Der Spiegel jurnalı tərəfindən sitat gətirilir.

AfD sənədi 2025-ci ilin yanvarında federal konqresdə müzakirə etməyi planlaşdırır. Sənəddə Almaniyaya ucuz qaz tədarükçüsü kimi Rusiya Federasiyası qeyd edilir və onunla ticarət bərpa olunmalıdır. AfD-nin fikrincə, Ukrayna gələcəkdə neytral statusa malik olmalı və “Avropa İttifaqı və NATO-dan kənarda olmalıdır. Ukraynadakı münaqişədən bəhs edilmir.

Nəşr qeyd edib ki, partiya həm də Almaniyanın Avropa İttifaqından çıxması və avrodan imtina etməsinin tərəfdarıdır.

“Biz Almaniyanın Avropa İttifaqından çıxmasını və yeni Avropa icması yaratmasını zəruri hesab edirik”, – sənəddə vurğulanır.