Almaniya Rusiyadan qaz almağa davam edibbackend

Almaniya üçüncü tərəflər vasitəsilə Rusiyanın enerji resurslarını almağa davam edir.

Bu barədə X sosial şəbəkəsində Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen bildirib.

Professor keçmiş maliyyə naziri Oskar Lafontenin sözlərinə istinad edib.

“Sanksiyalar ABŞ-a xeyir verir və Avropaya zərər verir; ABŞ Avropanın enerji infrastrukturuna hücum etdi; Almaniya üçüncü tərəflər vasitəsilə Rusiyanın enerji təchizatını almağa davam edir”, – deyə o yazıb.