Almaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsi lazımdır, xüsusən də bu məsələdə ilk prioritetlərdən biri bank sektorunda məhdudiyyətlərin aradan qaldırılması olmalıdır.
Bunu RİA Novosti ilə söhbətində Almaniya üçün Alternativ (AfD) partiyasından Bundestaqın deputatı Kay Qotçşalk deyib.
“Düşünürəm ki, biz bütün bu sanksiyaları dayandırmalı və ləğv etməliyik. Biz bank blokadasını dayandırmalıyıq”, o vurğulayıb.
Bundestaq üzvü həmçinin qeyd edib ki, Almaniya ilə Rusiya arasında münasibətlərin normallaşdırılması üçün yeni beynəlxalq təhlükəsizlik sisteminin yaradılması ərəfəsində “intensiv danışıqlar” lazımdır.