Almaniyanın Brandenburq əyalətinin daxili işlər naziri Mixael Stübgen Budapeştin Rusiya və Belarus vətəndaşları üçün viza rejimini yüngülləşdirmək qərarına görə Aİ-nin Macarıstanla bütün sərhədlərində nəzarəti gücləndirməyə çağırıb.
Bu barədə Bild xəbər verir.
Rəsmi vurğulayıb ki, Aİ müqavilələri müstəsna hallarda sərhəd nəzarətini həyata keçirməyə imkan verir.
Stübgen Aİ ölkəsinin ruslara faktiki olaraq nəzarətsiz daxil olmasına icazə verməsini qəbuledilməz adlandırıb.
Mənbə: Lenta.ru