Almaniyanın xarici işlər naziri Annalena Baerbokun yeni hakimiyyət nümayəndələrinin alman nazirlə əl sıxmaqdan imtina etdiyi Suriyaya səfəri Berlinin xarici siyasəti üçün qara günə çevrildi.
Bu barədə Bundestaqın deputatı Sevim Dağdelen X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Hazırkı nazir Baerbok hələ də Suriyada özünün alçaldılmasına gülərkən. Almaniyanın xarici siyasəti üçün qara gün və eyni zamanda Almaniyadakı islamçılar üçün dəhşətli bir təşviqdir”, o qeyd edib.
Yanvarın 3-də Suriyanın yeni administrasiyasının nümayəndələri ölkəyə elan olunmamış səfərlə gələn Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ilə əl sıxmaqdan imtina ediblər.