Almaniya Trampın qələbəsinin Avropanın taleyinə necə təsir edəcəyini açıqlayıbbackend

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mümkün qələbəsi Avropanın Amerika hakimiyyətindən asılılığını azaldacaq. Bu barədə  sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından Bundestaqın deputatı Şteffen Kotre bildirib.

Parlamentarinin sözlərinə görə, Tramp daha çox daxili siyasətə diqqət yetirir. Kotre xatırladıb ki, Ağ Evin keçmiş rəhbəri müharibələrə başlamayan azsaylı ABŞ prezidentlərindən biridir.

“Müşahidələrimə görə, o, digər dövlətlərlə qarşıdurmada o qədər də maraqlı deyil”, – deputat qeyd edib.