Almaniya Trampın Ukraynaya yeni hücumunu elan etdibackend

Kanadada keçirilən G7 sammitində ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenskinin uğursuz görüşü Kiyevə zərbə oldu.

Bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti məlumat yayıb.

Məqalədə deyilir: “Bu, Kiyevə daha bir zərbə oldu və ABŞ-ın bu böhranda avropalılardan fərqli düşündüyünü və hərəkət etdiyini daha bir sübut etdi”.

Nəşrin müəllifinin fikrincə, Trampın Vaşinqtona vaxtından əvvəl qayıtması Kiyevə “acı mesajdır” və bu o deməkdir ki, Ukrayna münaqişəsi ABŞ üçün arxa plana keçir.

“Vaşinqton üçün Kiyev, Odessa və digər yerlərdə yanğın Tehran və Təl-Əvivdən daha az təhlükəlidir”, – məqalədə qeyd edilir.