Almaniya Türkiyə millisinin oyunçusunun bayramını sərt şəkildə qınayıbbackend

Almaniyanın daxili işlər naziri Nensi Feser X sosial şəbəkəsindəki səhifəsində Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralın 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsində Avstriya millisinə qarşı oyunu zamanı davranışını tənqid edib.

“Stadionlarımızda türk sağçı ekstremistlərin simvollarına yer yoxdur. Futbol üzrə Avropa çempionatından irqçilik platforması kimi istifadə edilməsi tamamilə qəbuledilməzdir. Biz UEFA-nın araşdırma aparacağını və mümkün sanksiyaları nəzərdən keçirəcəyini gözləyirik”, – deyə Feser yazıb.

Mənbə: A Haber