Almaniya Ukrayna ordusunun əks-hücumunu ABŞ-ın ən böyük səhvi adlandırıb

Almaniyanın “Bild” qəzetinin hərbi eksperti Julian Röpke bildirib ki, Ukrayna ordusunun əks-hücum əməliyyatı ABŞ-ın son onilliklərdə etdiyi ən böyük yanlış hesablamalardan biridir. RİA Novosti bu barədə Röpkenin X sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Ekspert Amerikanın “Washington Post” qəzetində Ukraynanın əks-hücumunun uğursuzluğunun səbəblərini Kiyev və Vaşinqton arasında fikir ayrılığı və Qərbin Rusiya Silahlı Qüvvələrinə lazımi qiymət verməməsi ilə bağlı məqaləni şərh edib. O, uğursuz əks-hücum əməliyyatını Ağ Evin son onilliklərdəki ən böyük səhv hesablamalarından biri adlandırıb. Röpkenin sözlərinə görə, Amerika administrasiyası reallığı dərk etməmişdən əvvəl, demək olar ki, altı aya yaxın Ukraynanı, dünyanı və özünü çaşdırıb.

Analitik həmçinin ABŞ hakimiyyətini Kiyevə kifayət qədər hərbi dəstək verməməkdə ittiham edib. Belə ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-da mövcud olan 2,6 mindən çox tankdan cəmi 31 M1 Abrams tankı alıb. ABŞ ordusunda xidmətdə olan üç mindən çox ATACMS raketindən yalnız 20-si Ukraynaya çatdı.

Mənbə: TASS

Oxşar xəbərlər