Almaniya Ukrayna sülh planının niyə uğursuz ola biləcəyini izah edibbackend

Beynəlxalq münasibətlər üzrə ekspert Gerhard Monqott Berliner Zeitung qəzetinə verdiyi açıqlamada bildirib ki, Ukrayna üçün 20 bəndlik sülh planı ABŞ-ın dəstəyi olmadan “uğursuzluğa məhkumdur”.

O qeyd edib ki, “ABŞ-ın dəstəyi olmadan sözdə “könüllülər koalisiyası” tərəfindən qoşunların yerləşdirilməsi sadəcə mümkün deyil.

Əgər ABŞ Rusiya ordusu ilə döyüşdə ola biləcək avropalıları qorumaqdan imtina edərsə, bu, “könüllülər koalisiyasının” təslim olmasına bərabər olardı. Amerikalılar olmadan missiya çox risklidir. Avropalıların belə bir əməliyyat keçirmək, hətta onu dəstəkləmək imkanı yoxdur”.