Almaniya Ukraynanı Macarıstansız maliyyələşdirməyə qərar veribbackend

Almaniya Nazirlər Kabineti hesab edir ki, Avropa İttifaqı Macarıstanın razılığı olmadan Ukraynanı maliyyələşdirə bilər.

RİA Novosti bu barədə Almaniya hökumətinin nümayəndəsi Kristian Vaqnerə istinadən xəbər verir.

“Bilirsiniz ki, biz ikitərəfli yardımımızı bir daha genişləndirmişik və gələn il səkkiz milyard avro dəyərində hərbi dəstək verməyi planlaşdırırıq. Aİ də istənilən halda Ukraynanı dəstəkləməyə davam edəcək”, – Vaqner bildirib.

Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, Almaniya gələn il Aİ-26 adlanan qrupun tərkibində, yəni Macarıstansız Ukraynaya maliyyə dəstəyi təşkil etməyə çalışacaq. Vaqner etiraf edib ki, bunun üçün Brüsseldə əlavə məsləhətləşmələr lazımdır.

Mənbə: RİA Novosti