Almaniyada Ukraynadakı faydalı qazıntı yataqlarına çıxış məsələsi qaldırılıb.
Bu barədə Lenta.Ru bundestaqın deputatı Gesine Letşin Almaniya hökumətinə müraciətinə istinadən xəbər verir.
Bəyanatda deyilir: “Federal hökumət Ukraynanın zəngin faydalı qazıntı yataqlarına çıxışı təmin edibmi və bu günə qədər federal hökumət Ukrayna hökuməti ilə hansı müqavilələr bağlayıb?
Almaniya Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin dövlət katibi Udo Filip Letşin sorğusuna cavab verib. O bildirib ki, hazırda Almaniya ilə Ukrayna arasında bu tipli sazişlər yoxdur. Ukraynadakı faydalı qazıntı yataqlarına çıxış məsələsi ilə bağlı danışıqlar da nəzərdə tutulmayıb.