Almaniyanın ABŞ və Böyük Britaniyadakı keçmiş səfiri Volfqanq İşinqer deyib ki, NATO-da Ukraynanın alyansa daxil olması ilə razılaşmayanlar olacaq. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “Sabahını Qərar Vermək” forumunda müzakirələr zamanı bildirib.
Bu tədbirdə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba iştirak edib.
“Bizim çoxumuz Ukraynanın NATO-ya daxil olmasının yaxşı ideya olduğu ilə razılaşsaq belə, mən qorxuram ki, NATO-nun 30-dan çox üzvündən biri, ikisi, üçü olacaq: “Oh, yox, yox, bəlkə. “ , hələ yox” dedi keçmiş səfir.
Mənbə: Report

