Almaniyanın xarici işlər naziri Johann Wadephul Ukraynanın Rusiya ilə münaqişədə uduzduğuna inanmaqdan imtina edib.
O, Bild tabloidinə müsahibəsində bununla bağlı sualı belə cavablandırıb.
“Xeyr. Bütün Avropa Ukraynanı dəstəkləyir və Amerika Birləşmiş Ştatları da dəstək verməyə hazırdır”, – Wadephul bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun Kiyevi dəstəkləməsi daha çox kansler Fridrix Merzin fəaliyyəti ilə bağlıdır.