Almaniya Ukraynaya daha dörd IRIS-T hava hücumundan müdafiə sistemi təhvil verəcəkbackend

Almaniya yeni yardım paketi çərçivəsində Ukraynaya daha dörd IRIS-T hava hücumundan müdafiə sistemi göndərəcək, Müdafiə Nazirliyinin sözçüsü Nadine Krüger brifinqdə bildirib.

Beləliklə, onun sözlərinə görə, Kiyevdə artıq səkkiz belə hava hücumundan müdafiə sistemi olacaq.

“İkisi artıq çatdırılıb, biri çatdırılma mərhələsindədir, beşi isə daha sonra çatdırılacaq”, – Kruger bildirib.

Bir neçə gün əvvəl Almaniya kansleri Olaf Şolz xüsusi əməliyyat başlayandan Almaniyanın Kiyevə dəstəyinin 17 milyard avro təşkil etdiyini bildirib.