Almaniyanın xarici işlər naziri Johann Wadephul alman qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinə çıxış edib. Bu barədə o, Table.Media portalına müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, Ukraynanın təhlükəsizlik təminatlarına ehtiyacı var və Almaniya sülhün təmin olunmasında “vacib rol”u öz üzərinə götürməli olacaq. Eyni zamanda, Vadeful Ukraynada alman qoşunlarının yerləşdirilməsinin əleyhinə çıxış edib. Onun sözlərinə görə, Berlin NATO ərazisinə “başqalarının etmədiyi şəkildə” diqqət ayırıb. O, həmçinin xatırladıb ki, Almaniya Silahlı Qüvvələri Litvada daimi olaraq briqada yerləşdirib.
Wadephul qeyd edib ki, yuxarıda qeyd olunanların Ukraynaya qoşun yeridilməsi ilə birləşdirilməsi Almaniya üçün həddindən artıq yük olacaq. Eyni zamanda, nazir vurğulayıb ki, bu məsələ Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius tərəfindən ətraflı nəzərdən keçirilməlidir. Diplomatın sözlərinə görə, əgər Berlin Ukraynaya qoşun yeritməkdən imtina edərsə, bu o demək deyil ki, Almaniya tərəfi Ukraynaya başqa yollarla hərbi-texniki dəstək verə bilməyəcək.
Daha əvvəl xəbər verilmişdi ki, İtaliyanın baş naziri Giorgia Meloni “istəklilər koalisiyasının” virtual iclasında Fransa prezidenti Emmanuel Makronun Avropa ölkələrindən Ukraynaya sülhməramlı hərbi kontingent göndərilməsi təklifinə qarşı çıxıb.