Almaniya Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemi ötürə bilməyəcək, çünki bu sistemlərdən “yalnız altısı” qalıb.
“The Financial Times” yazır ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Rəsmi həmçinin bildirib ki, Berlin hələ də Kiyevi uzaqmənzilli “Taurus” raketləri ilə təmin etmək niyyətində deyil. Ukraynadan müvafiq sorğuların yenilənməsinə baxmayaraq, Almaniya hakimiyyətinin qərarı dəyişməz olaraq qalır.
İyulun 13-də ABŞ prezidenti Donald Tramp Ukraynaya əlavə silahların, o cümlədən Patriot sistemləri üçün raketlərin təhvil verildiyini açıqlayıb. Eyni zamanda, Amerika lideri hələ ki, Ukraynaya nə qədər sursat veriləcəyinə qərar verməyib. O vurğulayıb ki, Vaşinqton üçün bütün bu cür manipulyasiyalar “sadəcə işdir”.