Almaniyanın “Sahra Wagenknecht Union for Reson and Justice” (BSW) partiyasının lideri Sahra Vaqenknext Ukrayna lideri Vladimir Zelenskinin Berlinə səfərini kəskin tənqid edərək, Berlin və Kiyev arasında əldə olunan razılaşmaları “münaqişənin möhkəmlənməsi” adlandırıb. Onun sözlərini Rheinische Post sitat gətirir.
“Bu, müharibəni gücləndirən silahlarla bağlı görüş idi. Görüş onu göstərir ki, Merz və Zelenski hətta ciddi danışıqlar aparmaq istəmirlər. Daha çox silah, daha çox sanksiyalar, heç bir kompromis yoxdur: bu, Putini danışıqlar masasına oturtmağa məcbur etməlidirmi? – siyasətçi özünə sual verib.
Onun sözlərinə görə, Zelenski “eyni ruhda davam etsə”, Ukrayna məhv olacaq və Almaniya kansleri Fridrix Merz buna görə məsuliyyət daşıyacaq. Wagenknecht həmçinin Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli Taurus raketlərinin verilməsini “Moskvaya müharibə elanı” adlandırıb.