Almaniyada aptek işçiləri tətilə çıxacaqlarbackend

“Bild” qəzetinin məlumatına görə, Almaniyada 23 martda ölkə miqyasında aptek işçilərinin tətili keçiriləcək.

Tətil maliyyə çatışmazlığı və artan xərclərlə bağlıdır. Aptek işçilərinin Berlin, Münhen, Hannover və Düsseldorfda nümayiş keçirməsi gözlənilir.

“Apteklərimizlə və buna görə də Almaniya əhalisinə dərman və tibbi yardımın çatdırılması ilə bağlı vəziyyət uzun illərdir gərgindir”, – deyə Federal Əczaçılıq Assosiasiyasının prezidenti Tomas Preis bildirib.