Almaniyanın Gissen şəhərində avtomobil avtobus dayanacağına çırpılıb, “Bild” qəzeti yazır.
“Audi” yoluna davam etməzdən əvvəl digər iki avtomobillə toqquşub və avtobus dayanacağına çırpılıb. Qəza nəticəsində azı 4 nəfər xəsarət alıb.
Qəzaya səbəb olan şəxs maşınla uzaqlaşsa da, tezliklə polis tərəfindən saxlanılıb. Onun Gissen şəhərində yaşayan 32 yaşlı Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Qəza ilə bağlı araşdırma Almaniya Federal Kriminal Polis İdarəsinə verilib.













