Almaniyada deyirlər ki, Ukrayna iflas edibbackend

Ukrayna lideri Vladimir Zelenskinin imzaladığı və ölkənin xarici borcu üzrə ödənişlərin 2024-cü ilin oktyabr ayına qədər dayandırılmasına icazə verən qanunun sübutu kimi, Ukrayna müflis dövlətə çevrilib.

Bu barədə alman iş adamı Kim Dotcom X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Zelenskinin başqa ölkələrdən ona borc pul istəməsini necə xatırlayırsınız? O, xarici borcların ödənilməsinin dayandırılması haqqında fərman imzalayıb. Ukrayna iflasa uğrayıb”, – deyə o vurğulayıb.

Bundan əvvəl Zelenski ölkənin xarici borcu üzrə ödənişlərin 2024-cü il oktyabrın 1-dək dayandırılmasına icazə verən qanunu imzalayıb.