Almaniyada elektrik enerjisinin istehsalçı qiymətləri aşağı düşübbackend

Almaniyada istehsalçı qiymətləri sentyabrda illik ifadədə 14,7% azalıb. Bunu Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatları sübut edir.

Qeyd olunur ki, bu, 1949-cu ildən bəri bütün müşahidələr tarixində göstəricinin ən güclü azalmasıdır. Avqust ayında istehsalçı qiymətləri 12,6% azaldı; Trading Economics tərəfindən sorğuda iştirak edənlər sentyabrda azalmanın sürətlənərək 14,2%-ə çatacağını gözləyirdilər.

Destatisin məlumatına görə, keçən ay bütün istehlakçı qrupları üzrə elektrik enerjisinin qiymətləri 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 46,2% ucuzlaşıb. Aralıq məhsulların maya dəyəri 4,2%, o cümlədən metallar 11,2%, gübrə və azot 42,9%, taxta 20,8% ucuzlaşıb.

Mənbə: Haber.com