Harri Potter pərəstişkarları J.K. Rowling kitab seriyasının uydurma qəhrəmanı kimi geyinərək Hamburq meydanına çıxdılar və bir yerdə ən çox Potterin toplanması üzrə dünya rekordu vurdular. Bu barədə DW məlumat yayıb.
Almaniya şəhərinin mərkəzinə 1748 azarkeş toplaşıb. Nəşr qeyd edir ki, bununla azarkeşlər dünya rekordu qırıblar, çünki əvvəlki rekord zamanı küçədə 997 Potter fanatı toplaşıb.
Hamburqda keçirilən tədbirdə Harri Potter audiokitab seriyasını alman dilində səsləndirən aktyor Rufus Bek və ingilis dilində Stiven Fray da iştirak edib. Şənliyin özü Harri Potter haqqında ilk kitabın alman dilinə tərcüməsinin nəşrinin 25-ci ildönümünə təsadüf etdi.
Mənbə: Haberler.com