Geniş tənqidlərdən sonra Almaniyada Holokost qurbanlarının şəxsi sənədlərini təqdim etməli olan hərrac ləğv edilib, Die Welt yazır.
Qəzet yazır ki, Şimali Reyn-Vestfaliya əyalətinin hökuməti mübahisəli tədbirin ləğvini təsdiqləyib. İndi siyasətçilər və memorial təşkilatlar hadisənin araşdırılmasını tələb edirlər.
“Bu, sadəcə olaraq qəbuledilməzdir və aydın olmalıdır ki, bizim qurbanlar qarşısında belə şeylərin baş verməsinin qarşısını almaq üçün etik öhdəliyimiz var”, – Almaniyanın xarici işlər naziri İohan Vadeful bildirib.
O, əlavə edib ki, o, polşalı həmkarı Radoslav Sikorski ilə insidenti müzakirə edib və onlar Holokostdan qazanc əldə etmək cəhdinin iyrənc olduğunu və dayandırılmalı olduğu ilə tam razılaşıblar.














