Almaniyada keçmiş dövlət operettasının binasında yanğın baş veribbackend

Almaniyanın Drezden şəhərində keçmiş dövlət operettasının binasında yanğın baş verib.

Bu barədə “Bild” qəzeti yanğınsöndürmə idarəsinə və öz mənbələrinə istinadən məlumat yayıb.

“Drezdendəki Leyben rayonunda keçmiş dövlət operettasının binası yanır. Yanğın yardımçı tikilidə başlayıb və tezliklə əsas binaya keçib”, – məqalədə deyilir.

Hadisə yerinə 60-a yaxın yanğınsöndürən göndərilib. Yanğının səbəbi hələlik məlum deyil. Məqalədə vurğulanır ki, hazırda qurbanlar barədə məlumat daxil olmayıb.