Almaniyada kimya zavodunda qəza baş veribbackend

“Bild” xəbər verir ki, Almaniyanın Saksoniya-Anhalt əyalətinin Amsdorf şəhərindəki Romonta kimya zavodunda baş verən qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Daha bir qurbanı xilas etmək mümkün olmayıb. Hadisə yerli vaxtla səhər saat 5:00 radələrində təmir işləri zamanı baş verib. Polis zavodda təhlükəli maddənin sızdığını bildirib.

Zavodun iki əməkdaşı hazırda xəstəxanada müalicə alır. Digər iki yaralı isə xilasetmə işləri aparan tibb işçiləridir. Onların xəsarətlərinin xarakteri dəqiqləşdirilməyib. Qəzanın səbəbləri araşdırılır; zavod işçiləri bunu həlledici reaksiya ilə əlaqələndirirlər.

Hadisənin ictimaiyyət üçün təhlükə yaratmadığı bildirilir. Romonta ayaqqabı boyası və cilalanması üçün istifadə edilən mineral mum istehsalı üzrə dünyanın ən böyük istehsalçısıdır.