Almaniyada məhkəmə həbs düşərgəsinin keçmiş makinaçısının şərti cəzasını təsdiqləyibbackend

Almaniyanın Ali Federal Məhkəməsi Polşanın Qdansk şəhəri yaxınlığında yerləşən nasistlərin Ştuttof həbs düşərgəsində makinaçı işləmiş 99 yaşlı İrmqard Furçnerin hökmünü qüvvədə saxlayıb. Bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.

Almaniyada İrmqard Furçner işi Milli Sosialistlər tərəfindən həyata keçirilən kütləvi qətllə bağlı son məhkəmələrdən biri hesab olunur. 2022-ci ildə Şlezviq-Holşteyn federal əyalətində yerləşən Itzehoe məhkəməsi onu iki il şərti həbs cəzasına məhkum etdi. Furçner 10 505 nəfərin qətlinə köməklik etməkdə, həmçinin 5 nəfəri öldürməyə cəhddə təqsirli bilinib. Daha sonra o, apellyasiya şikayəti verdi, lakin çərşənbə axşamı Ali Məhkəmə onun tələbini rədd etdi və ilkin hökmü qüvvədə saxladı. Hakimlər qeyd ediblər ki, qadın makinaçı kimi öz vəzifələrini yerinə yetirərkən faktiki olaraq qətllərə “psixoloji dəstək” verib, çünki düşərgəyə daxil olan yazışmaların demək olar ki, hamısı onun vasitəsilə keçib.

Mənbə: haberler.com