Almaniyada OBI sahibinin yoxa çıxması ilə bağlı istintaq bərpa edilibbackend

Almaniyada iş adamının 2018-ci ildə ölmədiyi, Rusiyada gizləndiyi barədə məlumatın üzə çıxmasından sonra OBI tikinti və məişət malları mağazalar şəbəkəsinin sahibi Karl-Erivan Haub-un yoxa çıxması ilə bağlı istintaq yenidən başladılıb. RİA Novosti bu barədə Almaniyanın Köln prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.

“Köln prokurorluğu 2021-ci ildə Köln Rayon Məhkəməsində aparılan Karl-Erivan Haubun yoxa çıxması işi ilə bağlı yalan ifadə verməkdə ilkin şübhə ilə istintaqa başlayıb”, – Köln prokurorluğu bildirib.

Prokurorluq biznesmenin qardaşı Kristian Haubun yalan ifadə verdiyindən şübhələnir, baxmayaraq ki, milyarderin qardaşına qarşı təqsirsizlik prezumpsiyası hələ də mövcuddur.

Mənbə: RİA Novosti