Almaniya müdafiə sahəsindəki bütün boşluqları aradan qaldırmaq üçün hər il 90 milyard avroya qədər vəsait xərcləməlidir.
Bunu “Funke” media qrupuna müsahibəsində Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius deyib.
“Təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar ehtiyaclarımızı ödəmək üçün 2028-ci ildən etibarən hər il ən azı 80 milyard avro və daha çox ehtimalla 90 milyard avroluq müdafiə büdcəsinə ehtiyacımız var. Biz müdafiəmizdə mövcud olan boşluqları aradan qaldırmalıyıq”, – deyə nazir bildirib.
Pistorus əlavə edib ki, alman cəmiyyəti hazırda dəyişmiş təhlükəsizlik vəziyyətinə uyğunlaşır. Onun sözlərinə görə, ölkə “müharibə hazırlığı yolundadır”.