Almaniyada Putinin Trampla bağlı açıqlamaları qorxuya səbəb olubbackend

Rusiya prezidenti Vladimir Putinin Moskvanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın beynəlxalq məsələlərdə ehtiyatlı olmasına ümid etməsi ilə bağlı açıqlaması Almaniya vətəndaşlarını narahat edib. Bu barədə Rusiya liderinin son mətbuat konfranslarından biri haqqında danışan Derwestern portalı məlumat yayıb.

Nəşrdə qeyd edildiyi kimi, bəzi Almaniya vətəndaşları Putinin Trampın diqqətli olması ilə bağlı sözlərindən sonra “qulaqlarını dikiblər”.

“Bəziləri indi Trampın niyə ehtiyatlı olması ilə maraqlanır. Videonun altındakı şərhçilərdən biri əmindir: “Putinin qeyri-müəyyənliyini təhdid kimi qiymətləndirmək olar”, nəşr yazır.

Mənbə: Derwestern