Almaniyada rusdilli iş adamlarının mallarına sanksiya tətbiq edilmədən blok qoyulubbackend

Alman gömrüyü rusdilli iş adamlarının mallarını sanksiya siyahılarına daxil olmasa belə saxlayır.

Bu barədə TASS Almaniyada Rusiya almanlarının və rusdilli həmvətənlərinin ayrı-seçkiliyinin qarşısının alınması və təcrid olunması Assosiasiyasına (VADAR) istinadən xəbər verir.

Təşkilatın məlumatına görə, alman gömrükçüləri yerli bankların Rusiya pasportuna malik vətəndaşlara biznes hesabı açmasını qadağan edən ayrı-seçkilik praktikasına qoşulub.

Hesabatda qeyd olunur ki, Almaniya gömrüyü Avropa İttifaqına mal göndərməzdən əvvəl onun sanksiya standartlarına uyğunluğunu yoxlayır. Bundan başqa, assosiasiya iddia edir ki, hətta Aİ-nin sanksiya siyahısına daxil olmayan yüklərin də idxalı qadağan edilib.

Mənbə: TASS