Almaniyanın Drezden şəhərində piyada sahəsi və tramvay yolları olan Carolabrücke körpüsünün böyük hissəsi Elba çayına düşüb. Bu barədə “Bild” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Körpünün ətrafı mühasirəyə alınıb, yanğınsöndürmə xidməti hadisə yerindədir. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Sächsische qəzetinin məlumatına görə, çökmə nəticəsində iki böyük mərkəzi istilik borusu zədələnib. Bu səbəbdən bütün şəhərdə istilik təchizatında fasilələr yaranıb.