Almaniyada Tesla avtomobillərinə hücumlar artmaqdadırbackend

Tesla avtomobillərinə və salonlarına siyasi motivli hücumların sayı artıb.

Bu barədə “Der Spiegel” jurnalı yazır.

Nəşr 16 ştatın kriminal polis idarəsi arasında aparılan sorğu əsasında müvafiq məlumatları dərc edir.

Onun sözlərinə görə, son aylarda bir neçə oxşar hal baş verib. Nəşr qeyd edir ki, Saksoniya federal əyalətində ötən ilin sentyabrından bəri Tesla avtomobillərinə və salonlarına ümumilikdə 16 hücum edilib. Drezdendə iki və Leypsiqdə bir hadisə yandırma ilə bağlı şübhəli bilinir.