ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımdan ölkə prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlara məcbur etmək üçün rıçaq kimi istifadə etmək niyyətindədir.
Bu barədə Almaniyanın “Focus” jurnalı məlumat yayıb.
Qeyd olunur ki, Amerikanın Ukraynaya silah tədarükünün dayandırılması Trampın antiböhran meneceri kimi bacarıqlarını daha da nümayiş etdirmək üçün qəsdən təşkil edilib.
Xəbərdə deyilir ki, tədarükün azaldılması ilə bağlı xəbərlərə baxmayaraq, Amerika lideri müdafiə vasitələrinə diqqət yetirərək Kiyevə hərbi yardımı artıracağını vəd edib.