Almaniya 2024-cü ilin qışında Oberhauzendə ukraynalı basketbolçular Artem Kozaçenko və Vladimir Yermakovun qətlini törədən 4 yeniyetməyə hökm oxuyub.
Stern məhkəmənin nəticələrinə istinadən xəbər verir ki, məhkəmə onları təqsirli bilib və 8,5 ildən 10 ilədək müddətə yetkinlik yaşına çatmayanlar koloniyasında həbs cəzasına məhkum edib.
İstintaq zamanı ilkin olaraq hücumun etnik ədavət zəminində törədildiyi iddia edilib. Lakin bu fərziyyə öz təsdiqini tapmayıb. Məlum olub ki, yeniyetmələr qəsdən tanımadığı şəxslərlə münaqişə yaratmaq üçün fürsət axtarırmış. Əvvəllər təqsirləndirilənlərdən üçünün artıq qanunla problemləri var idi.
İclasda öldürülənlərdən birinin valideynləri iştirak edib və təqsirləndirilən şəxslər onlara peşman olduqlarını bildiriblər.