Almaniyada ukraynalı qaçqınların pulsuz məhsullara münasibəti onları qəzəbləndiribbackend

Almaniyanın Türingiya əyalətinin Gera şəhərində yaşayan Ukraynadan gələn qaçqınların pulsuz yeməkləri zibil qutusuna atdıqları görüntülənib. Bu barədə Almaniyanın “Focus” nəşri yazır.

Jurnalın məlumatına görə, Geradakı Geraer Tafel qida bankından qüsursuz qablaşdırılan və yeməli məhsullar – pendir, salat, qatıq, ədviyyatlar qəsdən zibil qutusuna atılıb.

“Ukrayna dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanıb. Cütlük təxminən beş sıx şəkildə yığılmış çanta ilə gəldi. Onları atmazdan əvvəl küçədəki əşyaları sökdülər. Çantası dolu olan adam növbəti zibil qutusuna qaçaraq onu ora atıb”, – yerli sakin Vinfrid Steker bildirib.

Mənbə: Focus