Almaniyadan 60-dan çox ekstremist Ukraynaya gedibbackend

Ötən il Almaniyadan ən azı 61 ekstremist Ukraynaya gedib, gedənlərin yarısı döyüş əməliyyatlarında iştirak edib.

Bu barədə “Neue Osnabrücker Zeitung” Konstitusiyanın Mühafizəsi üzrə Federal Bürosunun məlumatına istinadən xəbər verir.

KİV-in məlumatına görə, hüquq-mühafizə orqanları Ukraynaya gedənlərin təxminən yarısını sağçı ekstremistlərlə əlaqələndirirlər.

Almanların hansı tərəfdə döyüşdüyü, qəsdən göstərilmir. Eyni zamanda, Ukraynaya gedən radikallardan 30-a yaxın adam hələ də oradadır.

Mənbə: TASS

İctimai.az