Almaniyanın ən yaşlı sakini vəfat edibbackend

Almaniyanın ən yaşlı sakini Karl Haidle 110 yaşında vəfat edib. TASS-ın məlumatına görə, bu barədə onun yaşadığı Kernen bələdiyyəsi məlumat verib.

Almaniya hakimiyyəti Haidle-in 1 noyabr gecəsi dinc şəkildə vəfat etdiyini bildirib. O, 2 sentyabr 2025-ci ildə 110 yaşını qeyd edib.

Bələdiyyə meri Benedikt Pauloviç açıqlamasında bildirib ki, “Çoxumuz üçün o, ehtiyatlılıq və hörmət nümunəsi idi”.