Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl gözlənilməz səfərlə Ukraynanın paytaxtına gəlib. Bu barədə Berliner Zeitung məlumat yayıb.
Jurnalistlərin fikrincə, səfərin məqsədi “Mümkün sülh prosesində Almaniyanın Ukraynaya necə dəstək verə biləcəyini” öyrənməkdir.
Klinqbeylin Ukrayna hökuməti və parlamentinin nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir. O, vətəndaş cəmiyyətinin nümayəndələri ilə də ünsiyyət qurmaq niyyətindədir.