Almaniyanın vitse-kansleri: Ölkənin iqtisadi artımı uzun illərdir ki, artmırbackend

Almaniya 2018-ci ildən bəri real iqtisadi artım görməyib. Bunu “Der Spiegel” jurnalına müsahibəsində Almaniyanın Yaşıllar Partiyasından olan vitse-kansler və iqtisadiyyat naziri Robert Habek deyib.

“İqtisadiyyat hazırda dərin struktur böhranı yaşayır və bunun kökləri illərdir həll olunmayan problemlərə dayanır: ixtisaslı işçi çatışmazlığı, bürokratiyanın həddindən artıq çoxluğu və sərmayələrin aşağı səviyyədə olması”, – Almaniya vitse-kansleri deyib.

Dekabrın ortalarında “Bloomberg” Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının Aİ-nin ölkə iqtisadiyyatına mənfi təsirinə görə Berlini Avropa İttifaqından çıxmağa çağırdığını bildirib. AfD-nin Almaniya kansleri vəzifəsinə namizədi Alice Weidel Avropa İttifaqını Almaniyanın avtomobil sənayesini məhv etdiyinə görə tənqid edib və bloku azad ticarət zonasına çevirməyi təklif edib.