Almaniyanın xarici işlər naziri Florida danışıqlarında Avropanın maraqlarını təkrarlayıbbackend

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Floridada gözlənilən danışıqlar, həmçinin Vaşinqton nümayəndələri ilə Rusiya tərəfi arasında mümkün təmaslar öncəsi XİN rəhbəri danışıqlar zamanı Avropanın maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərini N-TV kanalı sitat gətirib.

Onun sözlərinə görə, yalnız bundan sonra həm Ukrayna, həm də Avropa İttifaqı üçün məqbul olan sülh razılaşmasına nail olmaq mümkün olacaq. Eyni zamanda, o, qarşıdakı görüşlərdən hər hansı irəliləyiş gözləmək lazım olduğuna şübhə etdiyini bildirib.

“Mən şəxsi ümidlərimə üstünlük verməyi yox, vəziyyəti ayıq şəkildə qiymətləndirməyi və Rusiyanın reaksiyasını təhlil etməyi öyrənmişəm”, – Wadephul bildirib.