Almaniyanın xarici işlər naziri Johann Wadephul Serbiyaya siyasi birliyə qoşulmaq üçün xarici siyasətini, o cümlədən sanksiyaları Avropa İttifaqı ilə uyğunlaşdırmağın vacibliyini xatırladıb, Reuters xəbər verir.
Vadeful serbiyalı həmkarı Marko Djuric ilə görüşüb və bundan sonra o bildirib ki, “Ukrayna təkcə özü üçün deyil, bütün Avropa üçün azadlıq uğrunda mübarizə aparır”.
“Bizə bütün Aİ dövlətləri, eləcə də üzv olmaq istəyən ölkələr tərəfindən aydın dəstəyə ehtiyacımız var”, – Wadephul bildirib.














