Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Bärbock Almaniyanın Suriyaya dəstəyini ölkənin yeni hakimiyyət orqanlarının qadın hüquqları ilə necə məşğul olacağı ilə əlaqələndirib.
Bu barədə “Die Welt” məlumat yayıb.
“Əgər Suriyada qadınlar təhlükəsiz deyilsə, o zaman milyonlarla yaxşı təhsil almış kişi və qadın ölkəni bərpa etmək üçün heç vaxt vətənlərinə qayıtmayacaqlar” dedi.
Burbok qeyd edib ki, Suriyaya səfəri zamanı o, ölkənin yeni hökumətinə qadınların hüquqlarının boğulacağı təqdirdə Suriyanın Avropa İttifaqından maliyyə dəstəyi almayacağını açıq şəkildə bildirib.