Fransız Alpin pilotu Esteban Ocon Qətərdə keçirilən Formula 1 Qran Pri yarışı zamanı 15 və ya 16-cı dövrədə dəbilqəsinə qusduğunu, lakin vəziyyətini nəzarət altına ala bildiyini və diqqətini avtomobili idarə etməyə cəmlədiyini bildirib. Onun sözlərini Sky Sports sitat gətirir.
“Keçmişdə belə bir hadisə ilə qarşılaşmamışam. Ancaq bu gün yalnız isti hava və isti mühərrik var idi. Kokpiti yaxşı izolyasiya etdiyimizi düşünmürəm, ona görə də bu gün hava gövdəsinin içərisində 80 dərəcə olmalıdır”, Ocon bildirib.
Yarışı yeddinci pillədə başa vuran fransalı sürücü də bunun xal uğrunda ən çətin mübarizə olduğunu bildirib.
Mənbə: Sport.ru