Altı günlük məktəblərdə martın 7-si iş günüdürbackend
“Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 5 mart iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir”. Bu barədə Təhsil Nazirliyindən cavab olaraq bildirilib. Qeyd edək ki, Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir.